Türkiyə I Liqasında çıxış edən Vüsal İsgəndərli bu gün növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "Keçiörengücü" XVIII tur çərçivəsində potensial lider "Ərzurum BB"-ni sınağa çəkib.
Ankaralılar güclü rəqibi ilə görüşdə məğlubiyyətdən məhz Vüsal İsgəndərlinin qolu ilə xilas olub - 3:3.
Oyuna fasilədən dərhal sonra, komandası hesabda 0:1 geridə olarkən qoşulan azərbaycanlı futbolçu bərabərlik qolunu 90+7-ci dəqiqədə vurub. O, həmçinin, 75-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, bu, Vüsalın "Keçiörengücü"də 4-cü qoludur. Maraqlıdır ki, o, bu qolların hamısını ev oyunlarında vurub.
Beləliklə, "Ərzurum BB" liderlikdən məhrum olub. "Keçiörengücü" isə hazırda 18 xalla 16-cı pillədə qərarlaşıb.
Mirağa