İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Tottenhem" - "Liverpul" matçı 2:2 hesabı ilə başa çatıb.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yurgen Klopp oyun zamanı baş hakim Pol Tirninin qərarlarından narazı qalıb.
Alman məşqçi matçın final fitindən sonra referiyə yaxınlaşaraq “Mənim başqa hakimlərlə heç bir problemim yoxdur, ancaq səninlədir”, deyib.
Oyunun 20-ci dəqiqəsində "Tottenhem"un hücumçusu Harri Keyn müdafiəçi Endryu Robertsonun yerə yıxıb. Tirni bu epizoda görə Keynə sarı vərəqə göstərib.
İkinci hissədə isə Robertsonun özü müdafiəçi Emerson Royala qarşı kobud oyuna görə qırmızı vərəqə alıb.
Emin