İspaniya La Liqasının IV turundan təxirə salınmış oyununda “Barselona” səfərdə “Sevilya” ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Görüşün 64-cü dəqiqəsində qonaqların müdafiəçisi Jordi Alba topun meydandan kənara çıxarandan sonra "Sevilya"nın müdafiəçisi Jül Kundenin yolunu sinəsi ilə kəsib.
Rəqibin davranışından əsəbləşən fransız futbolçu topu Albanın üzünə atıb və nəticədə Jordi Alba yerə yıxılıb.
Baş hakim Karlos del Cerro Qrande bu davranışına görə Kundeni meydandan qovub.
Emin