Türkiyə Superliqasının 18-ci turu çərçivəsində "Adanademirspor" İstanbul təmsilçisi "Qalatasaray"ı qəbul edib.
Fanat.Az xəbər verir ki oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Adanalıların hər iki qolunu "Qalatasaray"dan icarəyə götürülmüş 21 yaşlı yarımmüdafiəçi Yunus Akgün vurub.
Həmin maraqlı oyunun videoicmalını təqdim edirik: