Futbol üzrə İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdə “Atletiko Madrid” ilə “Atletik” qarşılaşıb.
Bilbao təmsilçisi əzmkar qələbə qazanaraq “Real Madrid”lə finalda oynamaq hüququna yiyələnib. Həlledici matç yanvarın 16-da keçiriləcək.
İspaniya Superkuboku
Yarımfinal
13 yanvar
Atletiko Madrid – Atletik 1:2
Qollar: Simon, 62-öz qapısına – Alvares, 77. Uilyams, 81.
12 yanvar
Barselona - Real Madrid 2:3
Qollar: De Yonq, 41. Fati, 83 - Vinisius, 25. Benzema, 72. Valverde, 98.