"Monako"nun yarımmüdafiəçisi Aleksandr Qolovin karyerasını Premyer Liqada davam etdirə bilər.
Fanat.Az "Metaratings"ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Everton" və "Vest Hem"lə yanaşı "Nyukasl"lın da maraq dairəsinə düşüb.
“Monako” digər klubların da diqqətindən xəbərdardır. "Transfermarkt" Rusiya millisinin oyunçusunu 25 milyon avro dəyərində qiymətləndirir.
Xatırladaq ki, Qolovin Liqa 1-də 13 oyun keçirib və 2 qol vurub.
Emin