"Krasnodar" Daniel Farkeni baş məşqçi təyin edib.
Fanat.Az xəbər verir ki, məlumatı Rusiya təmsilçisinin rəsmi saytı yayıb.
45 yaşlı alman mütəxəssislə müddəti 2024-cü ilin ortalarına qədər davam edəcək müqavilə imzalanıb.
Edmund Riemer onun köməkçisi olacaq. Kristofer Con və Kris Domoqalla da məşqçilər korpusuna qoşulacaq.
Xatırladaq ki, Farkenin son klubu keçən ilin noyabrın əvvəlində qovulduğu İngiltərə "Norviç"i olub. Alman mütəxəssis orda 4 ildən çox çalışıb.
Emin