"Barselona" futbolçusu Yusuf Demirlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb.
19 yaşlı türkəsilli avstriyalı oyunçu ilə icarə müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub və Yusuf məxsus olduğu "Rapid"in (Avstriya) heyətinə geri dönüb.
Qeyd edək ki, Yusuf Demir "Barselona"nın heyətində 9 matçda meydana çıxıb.