Avstraliyanın immiqrasiya naziri Aleks Houk dünyanın bir nömrəli serb Novak Cokoviçin işi ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, İdmançının vizası ləğv edilib.
Houkun qərarında Cokoviçin vizasının ictimai müraciətə görə ləğv edildiyi bildirilir. O, qərarın Avstraliyanı qorumaq məqsədi daşıdığını vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Avstraliya sərhədçiləri Cokoviçin vizasını ləğv etsə də, o, məhkəmədə apellyasiya şikayətini qazanıb və qərarı ləğv etmişdi. Bununla belə, ölkə hakimiyyəti Novakı deportasiya etmək hüququnu özündə saxlayıb.
Emin