Karyerasını Çində davam etdirən Oskar yenidən Avropaya qayıtmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu haqda Braziliyanın "TNT Sports" nəşri iddia ilə çıxış edib.
“Mançester Siti”dən Ferran Torresi transfer edən "Barselona" indi gözünü Oskara dikib.
2017-ci ildə “Çelsi”dən ayrılaraq 72 milyon avroya Çinin “Şanxay Port” komandasına keçən braziliyalının Kataloniya klubunda oynamaq üçün az maaşa da razılaşdığı bildirilir.
Çində illik 35 milyon avro qazanan və liqanın ən dəyərli oyunçusu olan Oskarın Avropaya 2022-ci il dünya çempionatında oynamaq üçün dönmək istəyində olduğu iddia olunur.
Qeyd edək ki, 2017-ci ildən çıxış etdiyi Şanxayda 34 qol vuran və 73 məhsuldar ötürmə verən Oskar 2016-cı ilin oktyabr ayından Braziliya millisinə dəvət almayıb.
Mirağa