Qazaxıstan klubu "Ordabaşı" Premyer Liqada iştirak etməyəcək.
Fanat.Az "Meta-ratings.kz"ya istinadən xəbər verir ki, buna səbəb Çimkənd təmsilçisində maliyyə problemləridir.
Klubun maaşlarında böyük gecikmələr var, həmçinin vergi orqanlarına xeyli borc yaranıb.
Artıq “Ordabası"nın aparıcı futbolçuları özlərinə klub axtarmağa başlayıb. Yerkebulan Tunqışbayev, Abdullay Diakate və Bekhan Şayzadanın “Turan”a keçməyə yaxın olduğu bildirilir.
“Ordabaşı”nın əvəzinə keçmiş futbolçulara olan borclarını tələsik şəkildə bağlamağa çalışan "Okjetpes" yarışa qatılmağa çalışır. Bundan başqa, Çimkənd təmsilçisinin yerini ötən mövsümün yekunlarına görə Premyer Liqadan aşağı düşən “Kaysar” da tuta bilər.