Ukrayna Prezidenti Vladimir Zelenski "Cenoa" klubundan qovulmuş sabiq çalışdırıcı Andrey Şevçenkoya müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, Zelenski bu barədə rəsmi "Twitter" səhifəsində paylaşım edib: Andrey Nikolaeviç, Şeva. Sizin rəhbərlik etdiyiniz komandanın hansı oyuna qadir olduğunu təkcə bizim ölkəmiz deyil, bütün Avropa bilir.
Buna görə də, qoy bu, məşqçi kimi böyük karyeranın başlanğıcında yalnız “təsadüfi fiasko” olsun. İnanırıq - sınmayacaqsan, daha da yaxşılaşacağını bilirik! Və ən əsası. Ukraynada səni daha çox sevirlər. Odur ki, evə qayıt və burada işlə”.
Xatırladaq ki, Şevçenkonun kluba gəlişindən sonra "Cenoa" 11 oyunun yalnız birində qalib gəlmişdi.
Emin