Vaqner Lavın yeni komandası bəlli olub.
Fanat.Az xəbər verir ki, Qazaxıstan "Kayrat"ının sabiq hücumçusu Vaqner Lav karyerasını Danimarkada davam etdirəcək.
37 yaşlı braziliyalı "Midtyulland"la 6 aylıq müqavilə imzalayıb. Bazar ertəsi Vaqner Lavın Danimarka klubunda tibbi müayinədən keçəcəyi bildirilir.