Türkiyə Super Liqaının XXII turunda "Qalatasaray" doğma meydanında "Kasımpaşa"ya 1:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, son 4 oyundur qələbə üzünə həsrət qalan "Qalatasaray"ın kapitanı Arda Turanın mətbuata verdiyi açıqlaması ilə diqqət çəkib.
"A Spor" nəşri 34 yaşlı yarımmüdafiəçinin sözlərini belə çatdırır: "Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram, amma utanıram. Biz bundan qaçmayacağıq. Burdan komanda yoldaşlarıma səslənmək istəyirəm. Söhbət öz aramızda danışmaqdan getmir. "Qalatasaray" forması çox qiymətlidir, bütün dünyada belədir. Bu vəziyyətdən utanmalı, daha çox çalışmalıyıq. Çətin vəziyyətə saldığımız insanlar var. Bizim bu etdiyimiz doğru deyil. Belə vəziyyətlərdə mən kapitan kimi çıxıb nəsə demək istəyirəm. Amma alınmır. Utanc verici vəziyyətdir. “Qalatasaray” azarkeşi olan valideynlərimin telefon zənglərinə belə cavab verə bilmirəm".
Qeyd edək ki, turnir cədvəlinin 13-cü pilləsində qərarlaşan "Qalatasaray" növbəti oyununu yanvarın 23-ü Super Liqanın lideri "Trabzonspor"a qarşı keçirəcək.
Emin