"Srvena Zvezda"nın hücumçusu Marko Lazetiç "Milan"a transfer olunub.
Fanat.Az xəbər verir ki, informasiyanı sözegdən İtaliya nəhənginin rəsmi saytı yayıb.
18 yaşlı forvard müddəti 2026-cı ilə qədər olan müqaviləyə qol çəkib. Lazetiçin heyətə qatılması milanlılara 4 milyon avroya başa gəlib.
Bu mövsüm Serbiya çempionatında 14 oyuna çıxan Marko 1 qolla yadda qalıb.