"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" gənc azarkeşinə amansız hücumu qınayan açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, insident 18 yaşlılar arasında keçirilən "Kambardella Kuboku"nda baş tutan "Kanet" - "Olimpik Lyon" görüşündən sonra yaşanıb.
Actufoot.com saytının məlumatına görə, oyunu "Olimpik Marsel" forması ilə izləyən 17 yaşlı gənc azarkeş lionlu fanatların hücumuna məruz qalıb. "Canet-en-Roussillon" stadionunda təxminən əlli lionlu azarkeş olub və matç bitdikdən sonra 17 yaşlı oğlanı təxminən on beş tərəfdar vurub. O, yerdə yatarkən şəxsi əşyaları oğurlanıb.
"Olimpik Marsel"in komunikasiya direktoru Jak Kardoza bu barədə "Twitter"də paylaşım edib: "Kanet" klubu təsdiqləyir ki, bir azyaşlı "Olimpik Marsel" forması geyindiyi üçün bir neçə "Olimpik Lion" tərəfdarı tərəfindən döyülüb. Mən bu xəbərdən çox sarsıldım və bu gecə xəstəxanaya yerləşdirilən gənc uşağa tam dəstəyimizi ifadə edirəm".
Gənc qurban ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun bir neçə gün xəstəxanada qalacağı bildirilib.
Mirağa