Türkiyə Super Liqa komandalarından olan "Giresunspor" idman direktoru Fatih Kavlakla yollarını ayrılıb.
Fanat.Az xəbər verir ki, klubun açıqlamada tərəflərin qarşılıqlı razılaşma əsasında anlaşmaya xitam verdiyi bildirilir: "Bu gündən etibarən klubumuzda idman direktoru vəzifəsində çalışan Fatih Kavlakla yollarımızı ayırdıq. Ona xidmətlərinə görə təşəkkür edirik. Klubumuz üçün indiyə qədərki fədakar fəaliyyətinə görə ona təşəkkürümüzü bildirir, gələcək karyerasında və həyatında uğurlar arzulayırıq".
Ötən mövsüm “Hatayspor”da çalışan Kavlak yeni mövsümöncəsi "yaşıl-ağlar"la müqavilə bağlamışdı.
Qeyd edək ki, 47 yaşlı türkiyəli mütəxəssis 2009-2012-ci illər aralığında "Qarabağ" və "Qəbələ" klublarında çalışıb.
Mirağa