İspaniya Sequndasında çıxış edən "Lleida Esportiu" klubunun yeni rəhbərliyi bu səhər qeyri-adi "xəzinə tapıb".
Fanat.Az xəbər verir ki, klubun yeni baş meneceri Fransisko Sebalyos uzun müddət bağlı qalan "68-ci qapı"nı açarkən Kataloniya təmsilçisinin keçmişdə qazandığı kubokları zirzəmidə bədbad vəziyyətdə tapıb.
"Esports 3"ün xəbərinə görə, kuboklar, sənədlər və idman ləvazimatları döşəməyə qalaqlanmış halda tapılıb. "Catalunya Radio"nun idman jurnalisti Dani Badya kubokların vəziyyəti ilə bağlı şəkilləri "Twitter"də paylaşıb. Həm jurnalistlər, həm də azarkeşlər qənimətlərin baxımsız halda saxlanılmasına gileyləniblər.
💙 Estic plorant.
— Dani Badia (@danicatradio) February 23, 2022
Així s'han trobat els nous gestors del Lleida Esportiu els trofeus històrics de la UE #Lleida en una de les dependències del Camp d'Esports, tancada amb pany i forrallat.
Fa molt mal als que estimem i respectem el patrimoni històric d'un club#futbolcat pic.twitter.com/0CpyoxBfZF
Klubun yeni rəhbərliyi kubokları nümayiş etdirmək üçün muzey yaratmağı düşünür.
Yeri gəlmişkən, hazırda "Keşlə"də çıxış edən argentinalı müdafiəçi Franko Flores 2016/2017 mövsümündə "Lleida Esportiu" klubunda çıxış edib.
Mirağa