"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Çelsi" ilə mübarizədən sonra qazandıqları Liqa Kubokunda qələbəni təmtəraqla qeyd edə bilməməsinin səbəbini açıqlayıb.
Fanat.Az "İndexHR" saytına istinadən xəbər verir ki, bunun səbəbini Ukrayna ərazisində gedən müharibə ilə əlaqələndirib:
“Baş verənləri beynimə sığışdıra bilmirəm. 55 yaşım olacaq və başa düşə bilmirəm ki, yaşlı bir insan bütün dünyanı, xüsusən də Ukraynadakı insanları belə vəziyyətə necə gətirə bilər. Mən bir çox ukraynalı və rus olan gözəl insan tanıyıram. Aydın məsələdir ki, bu, insanlarla bağlı deyil, bu, çox pis bir insanın apardığı müharibədir.
Biz həmrəylik nümayiş etdirməliyik. Buna dözmək çox çətindir. Son bir həftə ərzində hər kəslə telefonla danışmışam. Keçmiş oyunçularım yəqin ki, indi döyüşür. Dəqiq bilmirəm hamısı evinə qayıdıbmı, ya yox?! Putini dayandıra bilmərik, amma ən azından ona gözlədiyindən daha çox problem yarada bilərik. Ola bilsin ki, bu, Ukraynadakı insanlara kömək olsun”.
Emin