"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kiprin "Omoniya" klubu baş məşqçisi ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, 2019-cu ildən Nikosiya təmsilçisini çalışdıran Henninq Berq istefa verib.
Onun rəhbərliyi altında ötən il Kipr çempionu olan, eyni zamanda ölkə superkubokunu qazanan "Omoniya" cari mövsüm ilkin mərhələnin nəticəsinə əsasən, "altılığ"a düşə bilmədiyi üçün avrokuboklar mübarizəsindən kənarda qalacağı dəqiqləşib.
Klub rəsmi saytı vasitəsilə norveçli mütəxəssisə təşəkkürünü bildirərək ona karyerasında uğurlar arzulayıb.
Mirağa