Rusiyanın Ukraynaya hərbi təcavüzü üzündən “Krasnodar”ın baş məşqçisi Daniel Farke postundan gedib.
Fanat.Az xəbər verir ki, informasiyanı Premyer Liqa təmsilçisinin rəsmi saytı yayıb.
46 yaşlı almaniyalı çalışdırıcı və köməkçiləri klubla olan müqavilələrini qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozublar.
Farke yanvarın 13-də "Krasnodar"la rəsmi müqavilə bağlamışdı.
Daha öncə "Lokomotiv"in almaniyalı baş məşqçisi Markus Gisdol da eyni səbədən istefa vermişdi.