Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə də bir görüş baş tutub.
Səfərdə bu rəqibinə 2:1 hesabı ilə qalib gələn “Real Betis” “Rayo Valyekano”nu qəbul edib. Oyun qollu bərabərliklə başa çatıb və meydan sahibləri finalda oynamaq hüququ qazanıb.
Daha öncə “Valensiya” da adını finala yazdırmışdı. Həlledici oyun aprelin 23-də baş tutacaq.
İspaniya Kuboku
Yarımfinal
3 mart
Real Betis – Rayo Valyekano 1:1
Qollar: B.İqlesias, 90+2 - Bebe, 80.
2 mart
Valensiya - Atletik 1:0
Qol: Gedeş, 43.