Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş keçirilib.
“Nant” evdə “Monako” ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında 4 qol qeydə alınsa da, qalib müəyyənləşməyib. Bu üzdən də sonda penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nant” finala yüksəlib.
Daha öncə “Nitsa” da finala vəsiqə qazanmışdı. Həlledici oyun mayın 8-də keçiriləcək.
Fransa Kuboku
Yarımfinal
2 mart
Nant – Monako 2:2 (penaltilər, 4:2)
Qollar: Sidibe, 21-öz qapısına. Mutussami, 74 – Maripan, 12. Boadu, 76.
1 mart
Nitsa – Versal 2:0
Qol: Quiri, 48. Dolberq, 73.