UEFA-nın keçmiş prezidenti Mişel Platini Rusiyanın Ukraynaya müdaxiləsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Fransa futbolunun əfsanəsi Rusiya prezidenti Vladimir Putini bombardmanları və müharibəni dayandırmağa çağırıb.
Platini həmçinin, ukraynalıların yanında olduğunu vurğulayıb:
“Ukraynalı dostlarıma demək istəyirəm ki, bu çətin anlarda mən onların yanındayam, ürəyim və fikirlərim onlarladır. Onların cəsarətinə və birliyinə heyranam. Bu, bütün dünya üçün nümunədir, azadlıq mübarizəsidir. Mən həmçinin bir neçə dəfə futbol və idman tədbirlərində görüşdüyüm Vladimir Putindən Ukraynadakı partlayışları dayandırmasını, işğala son qoymasını və sülh naminə diplomatiya yolu ilə həll yolunu axtarmasını xahiş etmək istəyirəm”.
Ex-UEFA President Michel Platini issues a direct plea to Vladimir Putin for Russia to stop the bombing of Ukraine.
— Rob Harris (@RobHarris) March 2, 2022
Yet to hear any message from FIFA President Gianni Infantino to his friend Putin pic.twitter.com/YOH3sLrrgg
Mirağa