"Roma" və Donetsk "Şaxtyor"unun sabiq çalışdırıcısı Paulu Fonseka Ukraynadan qaçışı barədə danışıb.
Fanat.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis ailəsinin ölkədən qaçmasına kömək etmək üçün keçən həftə Maldiv adalarındakı tətilini başa vuraraq Ukraynaya qayıdıb.
Fonsekanın sözlərinə görə, Kiyevdəki mənzili tərk etməzdən bir neçə saat əvvəl raket zərbəsi səsinə oyanıb. O, müharibədən qaçarkən ailəsi ilə birgə 24 saatdan çox bunkerdə qaldıqlarını bildirib.
Qeyd edək ki, Fonseka hazırda ailəsi ilə birgə Portuqaliyadadır.
Emin