"Barselona" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandın agenti Mino Rayola ilə danışıq aparır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti özü şəxsən Rayola ilə Monakoda, baş məşqçi Xavi isə norveçli oyunçu ilə Münhendə görüşüb.
Mənbə "Barselona"nın qarşı tərəfə 5 illik müqavilə təklif etdiyini vurğulayıb. Transfer baş tutacağı halda, Holandın 3+2 sxemi ilə təklif edilən müqavilə əsasında 195 milyon avro qazanacağı bildirilib.