Futbol üzrə Xorvatiya çempionatında 26-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası “Şibenik”i qəbul edib. Görüş Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna start heyətdə çıxan Mahir 59-cu dəqiqədə əvəzlənib. O, çempionatdakı debüt matçında normal təsir bağışlasa d, oyun praktiasından əziyyə çəkdiyi sezilib. Həmyerlimiz ilk yarıda qapı tirini nişan almaqla yadda qalıbsa, 52-ci dəqiqədə rəqib müdafiəçilərin əhatəsində qapıya doğru inamlı zərbə endirə bilməyib.
Qeyd edək ki, “Dinamo” hazırda 53 xalla 10 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb.