Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"ESPN" nəşri: "Barselona" "Çelsi"dən Andreas Kristensen və "Milan"dan Frank Kesyeni transfer etməyə yaxındır. Hər iki futbolçu yayda azad agent olacaq.
"AS" nəşri: İngiltərənin bir neçə klubu Corcino Viynaldumla maraqlanır. PSJ-nin yarımmüdafiəçisi "Vest Hem", "Nyukasl" və "Aston Villa"nın diqqət mərkəzindədir.
"Mirror" nəşri: "Everton" və "Lids" "Monreal"ın hücumçusu Corce Mixayloviçə "elçi" düşüb. Kanada klubu futbolçunu yayda 8 milyon avroya buraxmağa hazırdır.
"İnside" portalı: Ukraynalı yarımmüdafiəçi Artem Polyarus Çeçenistan lideri Ramzan Kadırovun sahibi olduğu "Axmat" klubunu tərk edib.
"İmfeld" nəşri: Roman Abramoviç "Çelsi"nin satışı ilə bağlı danışıqlar aparır. Müqavilə martın 7-də elan edilə bilər.
Andrey Pankov ("Çempionat"): "Hələlik ÇSKA-dan ayrılmağı planlaşdıran yeganə legioner Herdur Maqnussondur. Düşünürəm ki, yaxın vaxtlarda müqaviləyə xitam veriləcək".
"İnside" portalı: “Krasnodar” futbolçuların xahişi ilə aşağıdakı oyunçularla müqaviləsini dayandırıb: Uanderson Matsiel, Kayo, Erik Butheim, Kristian Ramires, Cunior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella. Onlar klubun düşərgəsini tərk ediblər.
Baş tutmuş transfer xəbəri:
Ektor Errera (31 yaşlı yarımmüdafiəçi)
"Atletiko Madrid"dən (İspaniya) "Hyuston Dinamo"ya (ABŞ) transfer olunub.
Futbolçu ABŞ klubuna azad agent qismində keçib.
Emin Şəmsiyev