FİFA prezidenti Canni İnfantino Ukraynda vəfat edən futbolçular – Vitali Sapilo və Dmitri Martinenko ilə bağlı başsağlığı verib.
Fanat.Az xəbər verir ki, 52 yaşlı funksioner Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelkoya məktub göndərib.
Qeyd edək ki, Sapilo “Karpatı” (Lvov), Martinenko “Qostomel” klubunda forma geyinib.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukrayna ərazisinə hücuma keçiblər. Fevralın 28-də isə FIFA və UEFA Rusiya millisinin, eləcə də klublarının bu qurumların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırılması barədə qərar qəbul edib.