Sabiq UFC çempionu, dünyaca məşhur irlandiyalı döyüşçü Konor Makqreqor "Çelsi" klubunun yeni sahibi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin ünlü "The Athletic" nəşri öz saytında dərc edib.
Belə ki, Roman Abramoviç "Çelsi" üçün 3-4 milyard funt sterlinq arası pul istəyir. Ekspertlər isə klubun qiymətini 2 milyard funt sterlinq ətrafında qiymətləndirir.
İrlandiyalı qalmaqallı döyüşçü Konor Makqreqor klubun yeni sahibi olmaq üçün 1,5 milyard funt sterlinq ödəməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, klubdan Makqreqora konkret cavab verilməyib. Məlumatda qeyd olunur ki, Makqreqor komandanı almaq üçün məbləği 2 milyard funt sterlinqə qaldıra bilər.