Meksika çempionatının 9-cu turunun "Keretaro" - "Atlas" matçında azarkeşlərin kütləvi toqquşma baş verib.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist David Medrano Feliks "Twitter" səhifəsində məlumat yayıb.
Məlumatda toqquşma nəticəsndə 17 nəfərin həlak olduğu bildirilir. Yarışın təşkilatçıları yaşananların digər oyunlara da təsir göstərəcəyindən ehtiyatlanaraq, turun qalan görüşlərini təxirə salıb.
Fight outbreak at the Atlas vs Querétaro game 18 people confirmed dead..🤦♂️ pic.twitter.com/kZgWUC79RY
— Ashawo Season 💫💫 (@AshawoSeazon) March 6, 2022
Xatırladaq ki, Keretarodakı "Korregidora" stadionunda baş tutan görüş azarkeşlərin kütləvi toqquşması səbəbindən 62-ci dəqiqədə yarımçıq qalmışdı. Daha əvvəl Queretaro əyalət polisi 22 nəfərin yaralandığını, ikisinin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Hazırda liqa hüquq-mühafizə orqanları ilə birlikdə hadisə ilə bağlı hərtərəfli araşdırma aparır.
Meksika çempionatının “Keretaro” – “Atlas” matçı təhlükəsizlik səbəbindən bərpa edilməyib. Görüş yeni tarixə təyin ediləcək.