Ötən gün İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Norviç" klubu öz meydanında "Brentford"u qəbul edib.
Fanat.Az xəbər verir ki, oyun qonaqların qələbəsi ilə başa çatıb - 3:1.
Görüşün 30-cu dəqiqəsi xüsusilə yaddaqalan olub. Belə ki, "Norviç"in müdafiəçisi Brendan Uilyams xoşagəlməz toqquşmadan sonra artıq döyüşməyə hazır idi, lakin bunun Kristian Eriksen olduğunu görəndə gülümsəyərək danimarkalı futbolçunu qucaqlayıb.
Emin