İngiltərə Premyer Liqasının 28-ci turunda baş tutan "Mançester Siti" - "Mançester Yunayted" oyununda (4:1) iştirak etməyən Kriştianu Ronaldunun komandanı derbidə tək qoyması "qırmızı şeytanlar"ın düşərgəsində ciddi narazılıq yaradıb.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, ombasında ağrı olduğunu əsas gətirərək vacib qarşılaşmadan öncə Portuqaliyaya uçan ulduzun ümumi ab-havanı pozması komanda yoldaşlarını qıcıqlandırıb.
Zədəli futbolçuların komandanın oyunları zamanı stadiona getməməsinə icazə verilsə də, Ronaldunun addımı ciddi söz-söhbətlərə səbəb olub. Vacib qarşılaşmada böyük hesablı yenilgiyə üzülən MY-nin oyunçularının əksəriyyəti portuqaliyalı forvardın komandaya qarşı biganəlik sərgilədiyini düşünür.