"Barselona" klubu yeni transfer həyata keçirib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı Pablo Torrenin transferini elan edib.
O, "Barselona"ya yay transfer pəncərəsində gələcək.
18 yaşı tamam olduğu gün kataloniyalılarla müqavilə imzalayan "Rasinq"in hücumçusunun transferi beş milyon avroya baş tutub. Bununla belə, bonuslarla birgə bu məbləğ 20 milyona qədər arta bilər. Torrenin müqaviləsi 2026-cı ilə qədər etibarlıdır və sərbəstqalma məbləği 100 milyon avrodur.
Pablo Torre joining @FCBarcelonaB from the end of the season.
— FC Barcelona (@FCBarcelona) March 4, 2022
He signs on 30 June 2026.
Welcome Pablo! 👏 pic.twitter.com/iOojtuUgW6
İspaniya U-19 millisinin oyunçusu bu mövsüm üçüncü liqada "Rasinq" üçün 21 liqa oyununda altı qol vuraraq, birinci yerə yüksəlməsinə və ikinci liqaya qayıtmaq üçün mübarizə aparmasında əsas pay sahiblərindəndir.
Onun oyunları bir çox Avropa klublarının, o cümlədən Real Madridin diqqətini çəkdi, lakin açıq-aydın ən yaxşı şərtləri Leo Messidən sonrakı dövrdə ən böyük ispan istedadı ilə gələcəyin komandasını qurmağa daha çox üz tutan Barselona təklif etdi.
Mirağa