"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard Filippe Koutinyonun transfer hüquqlarının alınmasını istəyir.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, ingilis çalışdırıcı bu ilin yanvarında mövsümün sonunadək icarəyə götürülən "balaca sehrbaz"ın oyunundan məmnun qalıb.
Koutinyo yanvarın 7-də qoşulduğu "Aston Villa"nın formasıyla 7 çempionat matçına çıxmağa imkan tapıb. Bu qarşılaşmalarda 3 qol vuran braziliyalı eyni sayda məhsuldar ötürmə ilə də yadda qalıb.
Filippenin "Barselona" ilə olan müqaviləsinin müddəti 2023-cü ildə başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.