Ukrayna millisinin keçmiş baş məşqçisi Andrey Şevçenkonun anasıyla bacısı ölkəni tərk etməyərək sığınacaqlarda məskunlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın "Che Tempo Che Fa" verilişində danışan "Milan" əfsanəsi və "Cenoa"nın sabiq çalışdırıcısı göz yaşlarını saxlaya bilməyib:
“Anam, bacım və digər qohumlarım hələ də Ukraynadadır, mən hər gün onlarla danışıram. Qalmaq onların seçimi idi. Ölkəmdə baş verənləri ağlamadan izləyə bilmirəm. Onlar mənə Ukraynada baş verənlər, bombalanan şəhərlər, öldürülən uşaqlar və qocalar haqqında hər şeyi çatdırırlar".
"Quando sono arrivato in Italia sono stato accolto come uno di voi, sento l'Italia come seconda patria. Vi chiedo perfavore di aprire cuore alla mia gente di aiutare donne e bambini"
— Rai3 (@RaiTre) March 6, 2022
Le parole di Andriy #Shevchenko (@jksheva7), voce e simbolo dell'#Ucraina. @chetempochefa pic.twitter.com/9Ihjf52bBm
Şevçenko italiyalılardan xalqına dəstək istəyib: "İtaliyaya gələndə ölkəniz mənə qucaq açdı. Bu, özümü sizlərdən biri kimi, İtaliyanın ikinci evim olduğunu hiss etməyimə səbəb oldu. İndi sizə üz tuturam: ürəyinizi xalqıma açın, köməyinizə ehtiyacımız var. Onlara məni etdiyiniz kimi, sevginizi hiss etdirin. Bilirəm, sevirsiniz, amma daha çoxunu istəyirəm".
Mirağa