"Mançester Yunated"in sabiq baş məşqçisi Frenk Ofarrell dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, 1971 iyulundan 1972-ci ilin dekabrına qədər "qırmızı şeytanlar"ın baş məşqçisi olmuş Ofarrel martın 6-da həyatla vidalaşıb.
94 yaşında vəfat edən mütəxəssis MY-dəki fəaliyyətindən başqa, "Lester Siti"dəki (1968-1971) işi ilə də tanınır. Onun rəhbərliyi altında "tülkülər" 1969-cu ildə İngiltərə Kubokunun finalına yüksəlib. "Lester" həlledici qarşılaşmada "Mançester Siti"yə 0:1 hesabı ilə uduzsa da, həmin mövsüm sərgilədiyi inamlı oyunla azarkeşlərini qürurlandıra bilib.