Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Tutto Juve" nəşri: "Mançester Yunayted" "Torino"nun müdafiəçisi Qleyson Bremeri heyətinə qatmaq istəyir. Braziliyalı müdafiəçi yay transfer pəncərəsi üçün nəzərdən keçirir.
"Sport.ES" saytı: Andreas Kristensen "Barselona" ilə müqavilə imzalayıb. Yayda futbolçu azad agent olacaq və kluba pulsuz olaraq qoşula biləcək.
"Calciomercato" nəşri: "Arsenal" "Lion"un ulduzu Lukas Paketanı transfer etmək üçün PSJ ilə rəqabət aparacaq. 24 yaşlı futbolçu daha əvvəl "Nyukasl Yunayted"lə maraqlanırdı.
"Football Transfers" portalı: "Mançester Yunayted" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Kriştianu Ronaldu PSJ-də Lionel Messinin komanda yoldaşı ola bilər.
"Omoniya"nın rəsmi saytı: Nil Lennon "Omoniya"nın yeni baş məşqçisidir. Şimali irlandiyalı mütəxəssisin son klubu “Seltik” olub.
"Lester Siti"nin rəsmi saytı: 21 yaşlı müdafiəçi Vesle Fofana "Lester Siti" ilə olan müqaviləsinin müddətini 2026/27 mövsümünün sonuna qədər uzadıb.O, 2020-ci ilin oktyabrında "Sent-Etyen"dən 35 milyon avroya İngiltərə klubuna keçib.
Emin Şəmsiyev