Mövsümün sonunda "Mançester Yunayted"də köklü dəyişiklik olacaq.
Fanat.Az xəbər verir ki, "The Sun" nəşri belə bir iddia ilə çıxış edib.
Mənbənin məlumatına görə, Premyer Liqanın 28-ci turunda "Mançester Siti"yə səfərdə 1:4 hesablı yenilgi və çox zəif oyun klub rəhbərliyini radikal islahata vadar edib. Nadir hallarda "Etihad"dakı kimi zəif görünən komanda Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə işini çətinləşdirib.
12 futbolçunun mövsümün sonunda "Mançester Yunayted"i tərk edə biləcəyi vurğulanır. Siyahıda Kriştianu Ronaldu, kapitan Harri Makquayr, Viktor Lindelof, Erik Beyli, Fil Cons, Fred, Cessi Linqard, Xuan Mata, Edinson Kavani, Meyson Qrinvud, Tom Hiton və Li Qrantın adı var. "Qara siyahı"da olanlardan bəzilərinin müqavilə müddəti bitdiyi üçün klubu azad agent qismində tərk edəcək, digərləri isə satışa çıxarılacaq.