PSJ klubu hücumçu Kilian Mbappeyə futbol tarixinin ən böyük müqaviləsini təklif edib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
Mənbənin sözlərinə görə, parislilər hücumçuya ildə 100 milyon avro maaş vermək iqtidarındadırlar. Futbolçuya iddialı olan "Real Madrid" fransıza o qədər pul verməyə hazır deyil. Kral klubu Kilianı klubun tarixi və potensialı ilə cəlb etməyi planlaşdırır.
Daha əvvəl PSJ-nin 23 yaşlı hücumçuya 2024-cü ilə qədər müqavilə təklif etdiyi bildirilirdi. Şərtlərə görə, Mbappe hər mövsüm üçün 50 milyon avro maaş alacaqdı. Həmçinin, futbolçuya loyallıq bonusu olaraq 100 milyon avro ödəniləcəkdi.
Parislilərin fikrincə Mbappe "qızıl top"uməhz PSJ-nin heyətində almağa layiqdir.
Xatırladaq ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.
Emin