"Barselona"nın prezidenti Joan Laporta etiraf edib ki, o, "blauqrana"nın keçmiş məşqçisi Ronald Kumanın işdən çıxarılması barədə çoxdan fikirləşib.
Fanat.Az xəbər verir ki, "AS" nəşri Laportanın dediklərini belə çatdırıb: “Artıq keçən mövsümün sonunda Kuman haqqında bəzi planlarım var idi. Lakin Ronald “Barselona” ilə işləməyə davam etmək istədiyini açıq şəkildə bildirirdi. Etiraf edim ki, onu klubdan çoxdan qovmaq istəyirdim. Əfsanə statusuna hörmət edərək ona şans verdim, amma gördüm ki, işlər yaxşı getmir. Sonra vacib bir qərar verməli oldum. Geriyə baxanda bu qərarı daha əvvəl verməliydim. Mən intuisiyama qulaq asmalı oldum.
Xavi? O, əla işləyir. O, klubu sevir. Əminəm ki, o, uzun illər “Barselona”nın məşqçisi olacaq və bizə böyük sevinc bəxş edəcək. Oyunçular futboldan həzz alırlar - bu Xavinin ləyaqətidir"
Xatırladaq ki, hazırda "Barselona" 48 xalla La Liqanın turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.
Emin