PSJ-nin prezidenti Nasser Əl-Xelayfi İsveçrədə apellyasiya məhkəməsi qarşısına çıxarılıb.
Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, eyni zamanda "BeIN Media Group"un da prezidenti olan Əl-Xelayfiyə 28 aylıq həbs cəzası verilib.
Qətərli biznesmenin dünya çempionatının yayım hüququnun alınmasında əli olduğu iddia edilir.
Məlumat üçün bildirək ki, Nasser Əl-Xelayfi məhkəmədə "BeIN Media Group"un rəhbəri kimi ittiham olunub.
O, 2026 və 2030-cu il Dünya Kuboklarının yayım hüquqlarını öz telekanalına almaq üçün FİFA-nın baş katibi Jerom Valkeyə rüşvət təklif etməkdə ittiham olunub.
FİFA rəsmsi və PSJ prezidenti 2020-ci ildə baş tutan ilk məhkəmə prosesində bəraət alıb. Lakin o zaman Əl-Xelaifiyə qarşı şərti həbs cəzası istəyən İsveçrə prokurorları 48 yaşlı funksionerdən apellyasiya şikayəti vermişdi.
Mirağa