"Aston Villa"nın sabiq hücumçusu Qabriel Aqbonlahor İngiltərə millisində kimi sağ cinah müdafiəçisi kimi görmək istədiyi barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 35 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Mən Ris Ceymsə üstünlük verərdim, çünki o, müdafiədə daha yaxşı təsir bağışlayır. Əgər Trent Aleksandr-Arnoldun topla 100 faiz yaxşı rəftar edirsə, Ris Ceyms 90 faiz gözəl davranır. Bu, həmin mövqe üçün kifayət qədər yaxşı göstəricidir. Onun "Börnli"yə qarşı necə oynadığına baxın. Ceyms Trent Aleksandr-Arnold kimi qol vurur və məhsuldar ötürmələr edir. Ris müdafiədə daha yaxşıdır və digərlərindən fərqli olaraq, həm də daha sürətli görünür"
Xatırladaq ki, Ris Ceyms İngiltərə millisinin heyətində sağ cinah müdafiəsi mövqeyində Trent Aleksandr-Arnold və Aaron Uan Bissaka ilə rəqabət aparır.
Emin