“Qarabağ” klubunun yarımmüdafiəçisi Patrik Andradenin çıxış etdiyi Kabo Verde millisi yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Qvadelupa ilə görüş Andradenin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın yarımmüdafiəçisi start heyətində yer alaraq millisinin qələbəsində pay sahiblərindən olub.
Qeyd edək ki, Kabo Verde millisi sabah növbəti yoldaşlıq görüşünü səfərdə Lixtenşteynə qarşı keçirəcək.