"Bolonya"nın müdafiəçisi Aaron Hiki karyerasını "Milan"da davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Scottish Sun" yayıb.
Mənbə İtaliya nəhənginin rəhbərliyinin 19 yaşlı futbolçunun cari mövsüm sərgilədiyi oyundan məmnun qaldığını və onu müdafiənin sol cinahında yer alan Teo Ernandeslə rəqabət aparmaq üçün transfer etməyi hədəflədiyini vurğulayıb.
Hiki 2020-ci ildən "Bolonya"dadır. Bu mövsüm A Seriyasında 27 oyuna çıxaraq 4 qol vuran şotlandiyalı 1 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun klubuyla olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. "Transfermarkt" portalı Aaaronun transfer qiymətini 14 milyon avro ilə dəyərləndirir.
Nihat