İspaniya Futbol Federasiyası millinin 51 yaşlı baş məşqçisi Luis Enrike ilə müqavilə yeniləyəcək.
Fanat.Az Sport.es-ə istinadən xəbər verir ki, tərəflər artıq bütün şərtləri razılaşdırıb.
Qeyri-adi nəsə baş verməsə, sözügedən çalışdırıcı müddəti 2024-cü ilin yayına qədər olan anlaşmaya qol çəkəcək.
Qeyd edək ki, Enrike 2019-cu ildən İspaniya yığmasının baş məşqçisidir.
Nihat