Portuqaliya ilə DÇ-nin pley-off oyununda penaltidən bərabərlik qolunu vura bilməyən Türkiyə millisinin hücumçusu Burak Yılmaz azarkeşlərin qəzəbinə tuş gəlib.
Fanat.Az xəbər verir ki, sosial şəbəkələrdə penalti epizodu ilə bağlı maraqlı video yayılıb.
Oyunu televizor qarşısından izləyən çılğın fanat tapançanı ekrana tuşlayıb. Burak hədəfə düşə bilməyəndən sonra isə tapançadan ona (ekrana) atəş açıb.
I don't think this Turkey fan took the Yilmaz penalty miss very well..
— Oddschanger (@Oddschanger) March 25, 2022
😳😳😳
📹 @HerkesBunupic.twitter.com/jrqHQ7RiPz
Qeyd edək ki, oyundan 3:1 hesablı yenilgi ilə ayrılan Türkiyə Qətərdə keçiriləcək dünya çempionatından kənarda qalıb.
Mirağa