“Fənərbağça” klubunda Mesut Özil və Ozan Tufanın qovulmasının əks-sədası davam edərkən, Özil mövzu ilə bağlı susqunluğunu pozub.
Fanat.Az xəbər verir ki, "Play Spor"a danışan ulduz futbolçu qovulması ilə bağlı xəbəri necə öyrəndiyini açıqlayıb:
"Komandaya verilən istirahət günlərində Almaniyaya getdim. Dönərkən məşq vaxtını öyrənmək üçün zəng vurdum. "Gəlməyə ehtiyac yoxdur" cavabını aldım.
Bu arada, təcrübəli futbolçu sosial media hesabında klubunun və Türkiyə bayraqlarını paylaşaraq "əsas "Fənərbağça"dır" yazıb.
Sarı-göy ürəkli paylaşım qısa zamanda minlərlə bəyənmə toplayıb.