"Tottenhem"in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 31-ci turunda "Nyukasl" üzərində qazandıqları qələbəni (5:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "SkySports" onun söylədiklərini belə çatdırıb:
"Müxtəlif aspektlərdə böyük irəliləyişlər sezirəm. Həm taktiki, həm texniki, həm də futbol mentaliteti baxımından nəzərə çarpan yüksəliş komanda üçün çox önəmlidir. Mənə hörmət edən futbolçulardan qurulmuş kollektivin baş məşqçisiyəm. Biz bir-birimizə inanırıq. Çempionatda güclü rəqabət var. Şadam ki, belə güclü rəqabət fonunda yaxşıya doğru dəyişə bilirik".
Nihat