"Bayern Münhen"in yarımmüdafiəçisi Tolisso zədəsinin təkrarlanması səbəbindən bir ay yaşıl meydana çıxa bilməyəcək.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, fransalı futbolçu Almaniya klubunun bu gün, aprelin 4-də baş tutan məşqini buraxıb.
Mənbənin məlumatına görə, Tolissoya əzələ yırtığı diaqnozu qoyulub. 27 yaşlı yarımmüdafiəçi üçün bu əzələ zədəsi cari mövsümdə dördüncü olub.
Xatırladaq ki, Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 14 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 2017-ci ildən Tolisso Fransa millisinə çağırılır. 27 yaşlı fransalı futbolçunun alman klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub.